BAKI, 14 okt — Sputnik. Mərkəzi Bank (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. Sputnik AMB-yə istinadən xəbər verir ki, dolların məzənnəsi oktyabrın 13-ü ilə müqayisədə 0,1% ucuzlaşaraq 1,5970 manat təşkil edib.
Avro isə 0,02% möhkəmlənərək 1,7613 manat olub. Rusiya rublunun səviyyəsi dəyişməz qalıb — 0,0253 manat. Türkiyə lirəsinin məzənnəsi də 0,1% ucuzlaşaraq 0,5171 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9481 manatdır. Beləliklə, funt sterlinq 0,01%-lik ucuzlaşma nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 0,74% ucuzlaşaraq 0,6724 manat təşkil edib.