Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

BDU yaxınlığında qorxunc hadisə baş verib

© Photo : APATəcili yardım
Təcili yardım - Sputnik Azərbaycan
Abunə olmaq
İnsult keçirən sürücü idarəetməni itirərək əvvəl polis maşınını sıradan çıxarıb, sonra isə səkidə dayanmış kişini vurub

BAKI, 14 okt — Sputnik. Bu gün saat 14:00 radələrində Bakıda, Mətbuat prospekti, 529-cu məhəllədə, Bakı Dövlət Universitetinin yaxınlığındakı işıqfor sahəsində ağır yol qəzası baş verib. Azərbaycan Nəşriyyatı istiqamətində hərəkət edən, 90 ZD 452 nömrəli "KİA Sportage" markalı avtomobilin 70 yaşlarında olan sürücüsü idarəetməni itirərək, maşını işıqforun yanında dayanmış, "Hyundai Accent" markalı mühafizə polisi maşınına çırpıb.

Bunun ardınca "KİA Sportage" dayana bilməyərək, səkidəki 45-50 yaşlarındakı kişini vurub. Zərbədən kişi bir neçə metr havaya qalxaraq yerə dəyib. "KİA" isə yalnız hasara dəydikdən sonra dayanıb.

Hadisə yerinə gələn Təcili Tibbi Yardım həkimlərinin Sputnik-in əməkdaşına bildirdiklərinə görə, "KİA"nın sürücüsü sükan arxasında insult keçirərək idarəetməni itirib. Səkidə vurulmuş şəxs isə ölümcül yaralanıb.

Təcili Tibbi Yardım maşını həm insult keçirən sürücünü, həm də yaralını 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) aparıb. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb edilib, araşdırma aparılır.

Xəbər lenti
0