Azərbaycanda hava hücumundan müdafiə sahəsində məşqlər keçirilir

© Foto: mod.gov.azHava hücumundan müdafiə hərbi hissələrində təlim-məşqləri keçirilir
Hava hücumundan müdafiə hərbi hissələrində təlim-məşqləri keçirilir - Sputnik Azərbaycan
Abunə olmaq
S-300 PMU zenit raket komplekslərinin heyətləri şərti düşmənin hava hədəflərini aşkar etmək, tanımaq, avtomatik izləməyə götürmək və şərti atəşlə məhv etmək kimi praktiki məşqlər icra olunur

BAKI, 14 okt — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən hava hücumundan müdafiə hərbi hissələrində döyüşə hazırolma səviyyəsi yoxlanılır və tapşırıqların dəqiqləşdirilməsi həyata keçirilir. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, intensiv təlim-məşqlərdə hava hücumundan müdafiə birləşmələri və hərbi hissələri, o cümlədən müasir S-300 PMU zenit raket komplekslərinin heyətləri şərti düşmənin hava hədəflərini aşkar etmək, tanımaq, avtomatik izləməyə götürmək və şərti atəşlə məhv etmək kimi praktiki məşqləri icra edirlər.

Xəbər lenti
0