BAKI, 14 okt — Sputnik. "Azərbaycanın milli valyutasının üzərində ümummilli lider Heydər Əliyevin şəkli olmalıdır".
Sputnik xəbər verir ki, bunu parlamentin bu gün keçirilən növbəti plenar iclasında millət vəkili Siyavuş Novruzov təklif edib. O bildirib ki, Türkiyənin milli valyutasının üzərində Mustafa Kamal Atatürkün şəkli var.
"ABŞ-ın milli valyutasında da var. Rusiyada bütün çarların adına pullar buraxılıb. Ulu öndər Heydər Əliyevin xatirəsi əbədi olmalıdır", — Novruzov qeyd edib.