Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Lənkəranda 3 avtomobil toqquşdu, 6 nəfər xəsarət aldı

© Sputnik / Rahim MuradovLənkəranda avtomobil qəzası
Lənkəranda avtomobil qəzası - Sputnik Azərbaycan
Abunə olmaq
Xəsarət alanlar dərhal ətrafda olan sakinlər tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan Masallı Rayon Dadva kənd sakini 18 yaşlı Xanımnisə Əliyeva xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

Lənkəranda 3 avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib.

Belə ki, Ələt-Astara magistral yolunun 199-cu kilometrliyində Lənkəran Rayonunun Digah kəndi ərazisindən keçən hissəsində taksi fəaliyyəti ilə məğul olan 58 yaşlı Firudin Bəqəliyev idarə etdiyi “VAZ-2106” markalı 42 BD 627 dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə ikinci dərəcəli yoldan magistral yola çıxmaq istəyərkən 10 VZ 539 dövlət qeydiyyat nömrə nişanlı avtomaşını ilə toqquşaraq qəza törədib.

Daha sonra yol kənarında hərəkətsiz dayanan Bəxtiyar Məmmədova məxsus “Mersedes” markalı, 10 CL 221 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə çırpılıb. Qəza nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü və avtomobildə olan 5 tələbə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

© Sputnik / Rahim MuradovLənkəranda avtomobil qəzası
Lənkəranda avtomobil qəzası - Sputnik Azərbaycan
1/4
Lənkəranda avtomobil qəzası
© Sputnik / Rahim MuradovLənkəranda avtomobil qəzası
Lənkəranda avtomobil qəzası - Sputnik Azərbaycan
2/4
Lənkəranda avtomobil qəzası
© Sputnik / Rahim MuradovLənkəranda avtomobil qəzası
Lənkəranda avtomobil qəzası - Sputnik Azərbaycan
3/4
Lənkəranda avtomobil qəzası
© Sputnik / Rahim MuradovLənkəranda avtomobil qəzası
Lənkəranda avtomobil qəzası - Sputnik Azərbaycan
4/4
Lənkəranda avtomobil qəzası
1/4
Lənkəranda avtomobil qəzası
2/4
Lənkəranda avtomobil qəzası
3/4
Lənkəranda avtomobil qəzası
4/4
Lənkəranda avtomobil qəzası

Xəsarət alanlar dərhal ətrafda olan sakinlər tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan Masallı Rayon Dadva kənd sakini 18 yaşlı Xanımnisə Əliyeva xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Qeyd edək ki, digər xəsarət alanlar isə Salyan Rayon sakini 18 yaşlı Sadiq Rəsulbəyli, Masallı Rayon sakini 18 yaşlı Aytac Kərimli, Biləsuvar Rayon sakini 17 yaşlı Yeganə Abbasova və Masallı Rayon sakini 18 yaşlı Selcan Tahirzadə Travmatologiya şöbəsində qeydiyyata alınıblar.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Xəbər lenti
0