Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edildi

© Photo : APACahangir Hacıyev
Cahangir Hacıyev - Sputnik Azərbaycan
Abunə olmaq
O, həmçinin 60 milyon manat "Beynəlxalq Bank"a, 7 milyon manat isə "Aqrokredit" QSC-yə pul ödəməlidir

BAKI, 14 okt — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sputnik-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Следственный изолятор. Архивное фото - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cahangir Hacıyevin həbs müddəti uzadılıb

Hökmə əsasən, Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Fındıq Zavodunun direktoru işləmiş, hazırda zamində olan Azad Cavadov 10 il 11 ay, bankın Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov 7 il 6 ay, "İnter Security" MMC-nin direktoru işləmiş İbrahim Hüseynov 6 il 5 ay müddətinə aqzadlıqdan məhrum ediliblər.

Beynəlxalq Bankın Mərkəzi filialının sabiq direktoru Anar Sultanov, bankın Nəqliyyat filialının keçmiş direktoru Kənan Orucov, bankın Mərkəzi filialın sabiq müdiri İlqar Abdullayev və bankın Nərimanov filialının keçmiş direktoru, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov 3 il şərti azadlıqdan məhrumetmə cəzasına layiq görülüblər. Hökmdə Cahangir Hacıyevdən 60 milyon manatın tutularaq Beynəlxalq Banka, 7 milyon manat tutularaq "Aqrokredit" QSC-yə verilməsi də əksini tapıb.

Qeyd edək ki, C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, "İnter Security" MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub.

Xəbər lenti
0