ABŞ PKK-nın Mosul əməliyyatına qatılmasına qarşıdır

© Photo : AAMark Toner
Mark Toner - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Departamentinin sözçüsü: "Türkiyənin PKK terroruna qarşı mübarizəsini və öz xalqını qorumasını dəstəkləyirik"

BAKI, 14 okt — Sputnik. ABŞ PKK-nın Mosulun İŞİD-dən təmizlənməsi əməliyyatında iştirakını dəstəkləmir. Sputnik "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Mark Toner, PKK-nı konkret olaraq terror təşkilatı hesab etdiklərini bildirib.

"PKK-nın Mosul əməliyyatında iştirak etməsini dəstəkləmirik. Əksinə, Türkiyənin PKK terroruna qarşı mübarizəsini və öz xalqını qorumasını dəstəkləyirik. Türkiyə PKK hücumlarına qarşı xalqını qorumaq üçün hər cür hüquqa malikdir", — Toner vurğulayıb.

O, bununla yanaşı, PKK-nın Suriya qolu olan PYD-nin İŞİD-ə qarşı mübarizəsinə dəstək verdiklərini və PYD-nin İŞİD terroruna qarşı dirənən əhəmiyyətli bir qüvvə olduğunu qeyd edib.

Xəbər lenti
0