Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Polis əməkdaşı ehtiyatsızlıqdan özünü güllələdi

© Photo : APAPolis avtomobili
Polis avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Yaralı 1 saylı Şəhər Tibbi Kliniki Mərkəzə yerləşdirilib. Orada ayaq nahiyəsindən əməliyyat olunub. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

BAKI, 13 okt — Sputnik. Bakıda polis əməkdaşı ehtiyatsızlıqdan xidməti tapançasından açılan atəş nəticəsində yaralanıb. "Report"un əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Maqsud Mehdiyev xidməti tapançasından açılan atəş nəticəsində sağ ayağından xəsarət alıb. Yaralı 1 saylı Şəhər Tibbi Kliniki Mərkəzə yerləşdirilib. M.Mehdiyev ayaq nahiyəsindən əməliyyat olunub. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, M.Mehdiyev Bakıdakı polis idarələrindən birində çalışır.

Xəbər lenti
0