İraq Türkiyəyə nota verdi

© politeka.netİraq bayrağı
İraq bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyəli səfirə sərt üslubla yazılmış rəsmi nota təqdim olunub

BAKI, 13 okt — Sputnik. İraq hökuməti türk hərbçilərin Başika bölgəsində mövcudluğuna etiraz olaraq Türkiyəyə nota verib. Sputnik "Hurriyet"ə istinadən xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Camal açıqlama verib.

O, Türkiyə səfiri Kaymakcıya "sərt üslubla yazılmış rəsmi nota" verildiyini söyləyib. Camal, etiraz notasına səbəb kimi Başika yaxınlarındakı Türkiyə hərbçilərinin mövcudluğunu və bununla bağı türkiyəli rəsmilərin açıqlamalarını göstərib.

Keçən həftə də Türkiyə İraqın Ankaradakı səfiri Hişam Əli Əkbər İbrahim əl-Alevinin Xarici İşlər Nazirliyinə çağıraraq, şifahi və yazılı olaraq Ankaranın etirazını çatdırmışdı. Bunun üzərinə İraq Xarici İşlər Nazirliyi də Türkiyənin Bağdad səfirinin nazirliyə çağırılması qərarını almışdı. Ancaq Bağdad səfiri Faruk Kaymakçı Ankarada olduğu üçün İraqın diplomatik reaksiyası gecikmişdi.

Xəbər lenti
0