BAKI, 13 okt — Sputnik. Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni baş katibi seçilib. Sputnik xəbər verir ki, bu, portuqaliyalı siyasətçi Antoniu Quttereşdir. O, vəzifəsinin icrasına gələn il yanvarın 1-dən başlayacaq və 2021-ci il dekabrın 31-nə kimi bu vəzifədə qalacaq.
Antoniu Manuel di Oliveyra Quterreş dindar katolik və sadiq sosialistdir. Portuqaliya siyasətçisi 1992-2002-ci illərdə Portuqaliya Sosialist Partiyasının Baş katibi olub, 1995-2002-ci illərdə Portuqaliyanın Baş naziri, 2005-2015-ci illərdə isə BMT-in qaçqınlar üzrə Ali Komissarı vəzifələrində çalışıb. Onun tərcümeyi-halı təmiz, nüfuzu isə qüsursuz hesab olunur.
"İddia edə bilmərəm ki, təzyiqdən yaxa qurtara biləcəm, lakin ona qarşı çıxacam", — deyə Quttereş öz müstəqilliyini qorumağa söz verib. 10 il əvvəl isə o, bəyan edirdi ki, "demokratiya güc, müharibə, beynəlxalq hüquq nəzərə alınmadan — birtərəfli qaydada tətbiq oluna bilməz". Əgər bütün olanlardan sonra o, yenə də belə düşünürsə, demək, hansı təzyiqlərlə üzləşəcəyini təsəvvür etməlidir.