ABŞ Yəmənə raket zərbələri endirib

© REUTERS / Specialist 1st Class Blake MidnightAmerikanın "Mason" gəmisi
Amerikanın Mason gəmisi - Sputnik Azərbaycan
Abunə olmaq
Piter Kuk: "Bu hücuma şəxsən ABŞ prezidenti Barak Obama razılıq verib"

BAKI, 13 okt — Sputnik. Amerika hərbçiləri Yəmənin radiolokasiya stansiyasına zərbə endiriblər. Bu, ABŞ-ın Qırmızı dənizdəki eskadra mina gəmisinə hücuma cavab zərbəsidir.

Qırıcı - Sputnik Azərbaycan
Ərəb koalisiyasının qırıcıları Yəməni bobardıman edib

Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, Amerikanın "Mason" gəmisi son günlərdə Yəminin iki raket zərbəsinə tuş gəlib. Əvvəlcə bazar ertəsi gəmiyə iki raket buraxıblar. Amma bu raketlər gəmiyə çatmamış dənizə düşüblər. Onda Pentaqon bu hücuma görə qiyamçıları günahlandırıb. Qiyamçılar isə Vaşinqtonun bu barədə bütün iddialarını təkzib ediblər.

Çərşənbə günü isə "Mason" yenidən hücuma məruz qalıb və ona tərəf daha iki raket buraxılıb. Bu dəfə ABŞ-ın digər gəmisi, eskadra mina gəmisini hərbi növbə zamanı müşayiət edən "Ponce" də təhlükə altında qalıb.

Yeni insident Bab-əl-Məndab boğazının şimal hissəsində baş verib. Bundan dərhal sonra Pentaqonda bildiriblər ki, "müvafiq şəkildə" cavab verməyə hazırdırlar.

Vaşinqton "Mason"un atəşə məruz qalmasından bir neçə saat sonra cavab zərbələrini endirib. Amerika ordusunun zərbəsinin hədəfi qiyamçıların nəzarətində olan üç radar olub.

"İlkin hesablamalara görə, radarlar məhv edilib" — deyə ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Piter Kuk bildirib.

Pentaqon nümayəndəsi qeyd edib ki, bu hücuma razılığı ABŞ prezidenti Barak Obama şəxsən verib. Yəmənə zərbə endirməyi ona müdafiə naziri Eşton Karter və ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin rəhbəri Cozef Danford məsləhət görüb.

Xəbər lenti
0