Turist 46 dəqiqəyə 5,5 min dollar cərimə ödəməli olub

© AFP 2024 / MARWAN NAAMANIBürc Xəlifə
Bürc Xəlifə - Sputnik Azərbaycan
Abunə olmaq
Amerikalı turist Birləmiş Ərəb Əmirliklərində yol qaydalarını 1 gündə 24 dəfə pozub.

BAKI, 13 okt-Sputnik. Amerikalı turist Birləmiş Ərəb Əmirliklərində yol qaydalarını 1 gündə 24 dəfə pozub.

Sputnik-in məlumatına görə, bu barədə Gulf News nəşri bildirib. Qayda pozuntularından 22-si 46 dəqiqə ərzində baş verib. Bu isə turistə xeyli baha başa gəlib.

Belə ki, Conatan Bill adlı texaslı turist avtomobili ilə 120 kilometr maksimal sürət həddi qoyulan yolda 130-150 kilometr sürətlə hərəkət edib. O, bu səbəиdən 5,5 min dollar yol cəriməsi ödəməli olub.

Biznesmen özü isə bu qədər qaydanı pozduğundan əmin deyil. "Mən eyni vaxtda iki yerdə radara düşə bilmərəm. Mənə elə gəlir ki, burada videokameralar görüntüləri yanlış qeydə alıblar" — deyə Dubay və Əl-Ayn şəhərləri arasında hərəkət edərkən yol polisinin müşahidə kameralarına düşən biznesmen turist bildirib.

Bununla belə, o, cərimələri ödəyib. 

Xəbər lenti
0