BAKI, 13 okt-Sputnik. «Mən onun mətn yazdığını xatırlamıram. Əlbəttə, Nobel mükafatı bundan da aşağı səviyyəyə düşə bilməzdi. Artıq bir bənd yazanlara da Nobel mükafatı verirlər."
Bu fikirləri Rusiyanın tanınmış yazıçı və publisisti Eduard Limonov "Qovorit Moskva" radiostansiyasına verdiyi müsahibədə 2016-cı ilin Ədəbiyyat üzrə Nobel mükafatının amerikalı rok ustası Bob Dilana verilməsini şərh edərkən deyib.
"Yaxşıdır ki, onu Şenderoviçə (Rusiyalı satirik yazar Viktor Şenderoviç-red) və Navalnıya (Rusiyalı siyasətçi və ictimai xadim Aleksey Navalnı-red.) verməyiblər. Hər halda buna görə onlara təşəkkür düşür" — deyə Limonov əlavə edib.
Bob Dilan "Amerika musiqi ənənəsi çərçivəsində yeni poetik ifadə tərzi yaratdığına görə" bu ali mükafata layiq görülüb.
O, folk, folk-rok və kantri-rok üslubunda işləyən şair və musiqiçidir. O, on qat "Qremmi" mükafatı laureatıdır.
Ədəbiyyat üzrə mükafat XIX əsr İsveç sənayeçi və ixtiraçısı Alfred Nobel tərəfindən vəsiyyət edilmiş beş mükafatdan biridir.
Təqdimat mərasimi hər il 10 dekabrda Stokholmda, mükafatın təsisçisinin vəfat etdiyi gündə keçirilir. Onun məbləği 8 milyon İsveç kronu (932 min dollar) təşkil edir.