Çingiz İsmayılov: Azərbaycan və Qazaxıstanın iqtisadi və siyasi sahədə çox ortaq məsələləri var
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati İdarəetmə” fakültəsinin dekanı Çingiz İsmayılov deyir ki, Azərbaycan-Qazaxıstan münasibətləri postsovet məkanında mühüm yer tutur.
“Qazaxıstan Azərbaycana həm iqtisadi, həm siyasi sahədə dəstək olan qardaş respublikalardan biridir və biz bunu dəyərləndiririk. Dövlətlərarası münasibətlərin inkişafına yönələn uzaqgörən və düzgün siyasət bir neçə mühüm razılaşmalara nail olmağa imkan yaradıb. Bu sazişlərin əsasını isə strateji əməkdaşlıq haqqında müqavilə təşkil edir. Bir çox beynəlxalq meydanlarda Azərbaycan və Qazaxıstan vahid mövqe göstərirlər – burada qarşılıqlı dəstək çox vacibdir”, — deyə o bildirib.