CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Səfəviləri tariximizdən silməyə çalışırlar"

© Sputnik / Tarana KhubadakhshiyevaAMEA Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov
AMEA Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov - Sputnik Azərbaycan
Abunə olmaq
Yaqub Mahmudov: "Azərbaycan xalqı sadəcə özünü və sərhədlərini qoruyan xalq deyil, eyni zamanda başqalarını idarə edən, imperiya yaradan xalqdır"

BAKI, 12 okt — Sputnik. "5 min illik dövlətçilik tariximizi daim şimaldan, çənubdan, şərq və qərbdən unutdurmağa çalışıblar. Çox təəssüflər olsun ki, ölkəmizin içində də Səfəvilər dövlətinə qara yaxmağa çalışanlar, Şah İsmayılı bəyənməyənlər, Şah Abbasın bizim dövlət xadimimiz olmadığını sübut etməyə çalışanlar tapılır".

Sputnik xəbər verir ki, bu gün, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Oqtay Əfəndiyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley tədbirində çıxış edən, AMEA Tarix İnstitutunun direktoru, Akademiyanın müxbir üzvü, professor Yaqub Mahmudov belə deyib. O, Səfəvilər dövlətini şərəf tariximiz kimi dəyərləndirib.

© Photo : Tarana KhubadakhshiyevaAMEA Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov Oqtay Əfəndiyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley tədbirində çıxış edib
AMEA Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov Oqtay Əfəndiyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley tədbirində çıxış edib - Sputnik Azərbaycan
AMEA Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov Oqtay Əfəndiyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley tədbirində çıxış edib

"Biz 237 il mövcud olmuş bir imperiya yaratmışıq. Azərbaycan xalqı sadəcə özünü və sərhədlərini qoruyan xalq deyil, eyni zamanda başqalarını idarə edən, imperiya yaradan xalqdır. Məhz Səfəvilər dövləti belə bir imperiyamız idi", — professor bildirib.

Direktor Oqtay Əfəndiyevin ilk səfəvi araşdırmaçısı olduğunu qeyd edib: "Oqtay Əfəndiyevin bizim tarix elmi qarşısında xidməti ondan ibarətdir ki, o, Səfəvilərin Azərbaycan dövləti olması barədə ilk monoqrafiyanı 1961-ci ildə rus dilində çap etdirib. Sonradan "Azərbaycan Səfəvilər Dövləti" monoqrafiyası dəfələrlə Azərbaycan dilində çap olundu. Oqtay Əfəndiyev Azərbaycan tarixinə səfəvişünaslıq möhürü vurub".

Millət vəkili bildirib ki, bu gün də digər ölkələrdən olan tarixçilər Səfəvilər dövlətini öz adlarına çıxarmağa və ya tarixdən silməyə çalışırlar: "Biz də onlarla mübarizə aparıb, Səfəvilər dövlətinin Azərbaycan tarixində əvəzsiz rolu olduğunu sübut edirik".

Y. Mahmudov O. Əfəndiyevin 80 illiyində onun biblioqrafiyasını çap etdirdiklərini qeyd edib. Həmçinin, 90 illik yubileyi ilə bağlı gələn il növbəti biblioqrafiya çap olunacağını deyib.

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü Nərgiz Axundova bildirib ki, O. Əfəndiyevin elmi əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib: "Oqtay Əfəndiyev Səfəvilərin etnik mənsubiyyətini, tarixdə qoyduqları izləri Şərq mənbələri əsasında öyrənib və kitablar çap etdirib. Nəinki Azərbaycan tarixində, dünya tarixində ilk dəfə olaraq Səfəvilərin Azərbaycana mənsub olmasını araşdırıb. Ən böyük işlərdən biri də odur ki, Oqtay Əfəndiyev Səfəvilərin Ağqoyunlu və Qaraqoyunlu sülalələrinin davamçısı olduğunu sübut edib".

Tədbirdə, eyni zamanda bir neçə səfəvişünas alim çıxış edərək, araşdırmaları zamanı O. Əfəndiyevin yazdığı materiallardan istifadə etdiklərini diqqətə çatdırıblar.

Xəbər lenti
0