BAKI, 12 okt — Sputnik. Aşura günü ilə bağlı bu gün səhər saatlarından "Təzəpir" məscidində qanvermə aksiyası keçirilir. Sputnik xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri, Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, dövlət müşaviri Kamal Abdulla, YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov və bəzi tanınmış şəxslər də qanvermə aksiyasına qatılıblar.
Qeyd edək ki, QMİ və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə, ölkənin 15 məscidində qanvermə aksiyası keçirilir. Aksiya saat 19-dək davam edəcək.