BAKI, 12 okt — Sputnik. ABŞ-da “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 38-yə çatıb.
Bu barədə RİA Novosti xəbər verib.
Bundan əvvəl 33 nəfərin öldüyü, 3 nəfərin itkin düşdüyü bildirilirdi.
Yeni ölüm halları təbii fəlakətdən ən çox əziyyət çəkən Şimali Karolina ştatında qeydə alınıb. Burada oktyabrın 7-dən etibarən 19 nəfər həyatını itirib.