BAKI, 12 okt — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyati üzrə təhvil veriblər.
Çarəsiz durumda qalan şəxs xilas edildi
19:38 12.10.2016 (Yenilənib: 20:41 16.11.2021)
Abunə olmaq
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub