Dəhşətli virus Asiyanı bürüyür

© Photo : Getty İmagesZika virusuna qarşı görülən tədbir
Zika virusuna qarşı görülən tədbir - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir: ""Zika" virusu Asiyaya da yayılacaq"

BAKI, 11 okt — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Zika" virusunun, çox böyük ehtimalla Asiya və Sakit okean bölgələrinə də yayılacağı xəbərdarlığını edib. Sputnik BBC-yə istinadla xəbər verir ki, ağcaqanadlarla yayılan virus 70 ölkədə qeydə alınıb. Bunların, ən az 19-u Asiya və Sakit okean bölgəsindədir.

ÜST direktoru Margaret Chan mütəxəssislər tərəfindən virusla necə mübarizə aparılacağı ilə bağlı araşdırmaların aparıldığını söyləyib. "Zika" virusu, ümumiyyətlə çox ağır simptomlara gətirib çıxarmır. Ancaq hamilələrin virusla təması vəziyyətində, uşaqların beyin inkişaflarını tamamlamadan doğulmasına, başqa sözlə, mikrosefaliya yol açır.

Bu virus 1947-ci ildə Uqandanın Zika meşəsində yaşayan meymunlarda kəşf edilib. Virusun insanlarda görüldüyü ilk hadisəyə 1954-cü ildə Nigeriyada rast gəlinib.

Xəbər lenti
0