BAKI, 11 okt — Sputnik. Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu barəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və oğlu Bilal Ərdoğanın şikayəti əsasında "mətbuat vasitəsilə təhqir etmək" ittihamı ilə aparılan istintaq başa çatıb. Sputnik milliyet-ə istinadla xəbər verir ki, prezident sonradan şikayətindən imtina etsə də, oğlu iddiasını geri götürməyib.
Nəticədə Bilal Ərdoğanın şikayəti əsasında CHP sədri haqqında 4 aydan 2 il 8 aya qədər həbs cəzası tələbi ilə ittiham aktı hazırlanıb.