Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

670 balla ali məktəbə daxil olmuş tələbə özünü öldürdü

Abunə olmaq
Bakı Ali Neft Məktəbinin dördüncü kursunda təhsil alan Hüseyn Abbasov özünü 14 mərtəbəli binanın 11-ci mərtəbəsindən atıb

BAKI, 11 okt — Sputnik. Ötən axşam Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi intihar edib. Bu barədə Sputnik-ə Nizami Rayon Polis İdarəsindən məlumat veriblər.

İntihar - Sputnik Azərbaycan
HADİSƏ
Oğlunu hərbi xidmətə yola salıb intihar etdi

Oktyabrın 10-da, axşam saat 18:30-da BANM-in dördüncü kurs tələbəsi, 1994-cü il təvəllüdlü Gəncə şəhər sakini Abbasov Hüseyn Maarif oğlu, Azər Manafov küçəsində yerləşən 14 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsindən özünü atıb.

Sui-qəsdin səbəbi hələlik məlum deyil. Lakin Abbasovun atasının sözlərinə görə, o özünü bir neçə fənn üzrə imtahanlarda qarşılaşdığı uğursuzluqla əlaqədar olaraq öldürə bilər.

Maarif Abbasov istintaqa verdiyi ifadədə bildirib ki, oğlu məktəbdə əlaçı olub və təhsilə çox məsuliyyətlə yanaşıb. O, ali məktəbə 670 balla daxil olub.

Atasında olan məlumata görə, Hüseyn 6 imtahanın 4-dən kəsilib və gənc buna görə çox narahat olub. Hazırda Nizami Rayon Prokurorluğu özünə qəsd faktını araşdırır.

Xəbər lenti
0