Yevlax şəhərində yaşayan Xuraman Məmmədova ölkəmizdə bu işlə məşğul olan, bəlkə də yeganə qadındır. Əvvəl Şəki İpək Kombinatında, sonradan isə Yevlax Yun Fabrikində işə başlayır. Hər iki iş yerində bu sahə üzrə işləyən yeganə qadın olub.
"Qiymət məsələsində caamatla razılaşıram. İndi elə zamandır ki, hər kəsin sıxıntısı var. Ona görə qiymətə görə narazılıq etmirəm. Elə bu səbəbdən də rayon daxilində mənə "təqaüdçülərin anası" adını qoyublar. Kasıblar, təqaüdçülər gələndə həmişə güzəşt edirəm", — həmsöhbətimiz deyir.
Hazırda Xuraman xanım Yevlax şəhərində yerləşən şəxsi emalatxanasında öz sevdiyi sənəti davam etdirir. İşin ağırlığını heç vaxt hiss etmədiyini və qiymətdə həmişə müştərilərlə razılaşdığını deyir.