Türkiyə parlamenti fövqəladə vəziyyət rejiminin 90 gün artırılmasını dəstəkləyib

© AP Photo / Burhan OzbiliciTürkiyə parlamenti
Türkiyə parlamenti - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədə fövqəladə vəziyyət rejimi iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra tətbiq edilməyə başlayıb.

BAKI, 11 okt — Sputnik. Türkiyə parlamenti hökumətin ölkədə fövqəladə vəziyyət rejiminin 90 gün artırılmasına dair qərarını təsdiqləyib.

Hökumət oktyabrın 3-də Milli Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında  ölkədə oktyabrın 19-dan etibarən fövqəladə vəziyyət rejiminin 90 gün müddətinə artırılmasına dair qərar qəbul edib.  

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra tətbiq edilməyə başlayıb. 

Xəbər lenti
0