BAKI, 11 okt-Sputnik. Qazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 13-də Ermənistana rəsmi səfərə gedəcək. Sputnik xəbər verir ki, Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Qazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 13-də Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə rəsmi səfərə gələcək", — deyə məlumatda bildirilir.
Qeyd edək ki, oktyabrın 14-də Yerevanda Kollektiv Təhlükəsizlik Şurasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv-dövlətlərinin iclası keçiriləcək. İclasda Ermənistan, Belorusiya, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan prezidentlərinin iştirakı planlaşdırılıb.
Qeyd edək ki, Nazarbayev Ermənistandan əvvəl, oktyabrın 12-də Azərbaycana rəsmi səfər edəcək. O, Yerevana Bakıdan gedəcək.