Nazir Fətullah Gülənin həbsi ilə əlaqədar ABŞ-a gedəcək

© Photo : mansethaber.comBəkir Bozdağ
Bəkir Bozdağ - Sputnik Azərbaycan
Abunə olmaq
26-27 oktyabr tarixlərində Bəkir Bozdağın amerikalı həmkarı ilə görüşü gözlənilir

BAKI, 11 okt — Sputnik. Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ oktyabrın 25-də ABŞ-a gedəcək. Sputnik milliyet-ə istinadla xəbər verir ki, Bozdağ ABŞ-da Fətullah Gülənin həbsi məsələsini müzakirə edəcək.

Onun 26-27 oktyabrda amerikalı həmkarı ilə görüşü gözlənilir. "Səfər proqramının əsas mövzusu FETÖ-nün qurucusu və hələ də idarəçisi, terrorçu Fətullah Gülənin qaytarılması ilə bağlı Türkiyədən göndərdiyimiz məhkəmə faylları əsasında, 15 iyul çevriliş cəhdinə dair Gülənin müvəqqəti həbsini istəməyimizlə bağlıdır", — Bozdağ bildirib.

Xəbər lenti
0