Ramiz Fətəliyev: O filmi səbrsizliklə gözləyirəm

© Photo : Vyacheslav SapunovЗаслуженный деятель искусств Азербайджана Рамиз Фаталиев
Заслуженный деятель искусств Азербайджана Рамиз Фаталиев - Sputnik Azərbaycan
Abunə olmaq
Xalq artisti Ramiz Fətəliyev Azərbaycanda Rusiya kinosu günləri haqqında danışır

Xalq artisti Ramiz Fətəliyev
Azərbaycanda Rusiya kinosu günləri başlayıb. Oktyabrın 11-də “Qəhrəman” (rejissor Yuri Vasilyev), oktyabrın 12-də “O əjdəhadır” (rejissor İndar Cendubayev), oktyabrın 13-də “Bizim qəbiristanlıqdan olan oğlan” (rejissorlar İlya Çijikov, Anton Çijikov), oktyabrın 14-də isə “Qutu” (rejissor Edvard Bordukov) filmləri nümayiş olunacaq. Kinorejıssor və ssenarist, xalq artisti Ramiz Fətəliyev deyir ki, o, “Qutu” filmini səbrsizliklə gözləyir.

“Mən ən azı Mişa ilə görüşmək üçün oraya sevinclə gedərəm. Filmi artıq tərifləyirlər, o artıq bir sıra festivallarda iştirak edib və məncə, hamısında qalib gəlib. Vaxt olsa mən başqa filmə də baxacam. Mən belə festivallara çox yaxşı yanaşıram. Bu, mənim sənətimdir, fəaliyyət sahəmdir, 45 il əvvəl daxil olduğum dünyamdır. Əlbəttə ki, bu mənə çox maraqlıdır”, — deyə o bildirib.

Xəbər lenti
0