Ekspertin fikrincə, əsas problem virusun müalicəsindədir
İnsanın İmmunçatışmazlığı Virusundan (İİV) terapiya yolu ilə ilk müalicə Oksford və Kembric universitetləri daxil olmaqla beş aparıcı Britaniya universitetlərinin alimləri tərəfindən qeydə alınıb. 44 yaşlı britaniyalının qan analizləri xüsusi müalicədən sonra onda bu virusun olmadığını göstərdi.
Bu o deməkdir ki, İİV-i tam məhv edən üsul icad edilə bilər. Mərkəzi Epidemiologiya İnstitutunun direktor müavini Vadim Pokrovski bu haqda fikirlərini bildirib.