Arif Əsədov: Pulla qələbə qazanmaq mümkün deyil

© Photo : APAArif Əsədov, məşqçi
Arif Əsədov, məşqçi - Sputnik Azərbaycan
Abunə olmaq
Arif Əsədov: Çexiya ilə qarşılaşmaya gəlincə, düşünmürəm ki, millimiz açıq futbola və ya hücuma üstünlük verəcək

Məşqçi və keçmiş futbolçu Arif Əsədov
2018-ci il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası Norveç yığmasına qalib gəlib. Millinin bu qələbəsindən sonra sosial şəbəkələrdə müxtəlif müzakirələr açılıb. Əksəriyyət millimizin uğurundan dolayı sevincini ifadə etsə də, bir qisim sosial şəbəkə istifadəçisi AFFA-nın oyunu pulla aldığını iddia edib.

Məşqçi və keçmiş futbolçu Arif Əsədov məsələ ilə bağlı “Sputnik”ə açıqlama verib:

"Bu cür səviyyələrdə oyunu pulla almaq mümkün deyil. Biz görmüşük ki, futbolda ya qələbə qazanmaq olar, ya da məğlubiyyət. Pulla qələbə qazanmaq mümkün deyil. Burada millimiz əziyyət çəkərək qələbə qazanıb. Ona görə də uğur millimizindir. Biz komandamızı Fransa, Almaniya, İtaliya və digər güclü komandalarla bir tuta bilmərik. Və komandamızdan hər oyunda qələbə gözləmək də düzgün deyil. Ona görə də hər qazanılan qələbə bizim üçün uğurdur. Çexiya ilə qarşılaşmaya gəlincə, düşünmürəm ki, millimiz açıq futbola və ya hücuma üstünlük verəcək".

Xəbər lenti
0