BAKI, 10 okt — Sputnik. Bu gün gecə saatlarında Qubada zəlzələ baş verib. Sputnik AZƏRTAC-a istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 02:52-də Qubadan 24 km cənub-şərqdə qeydə alınıb.
Zəlzələnin maqnitudası 3.6, dərinliyi 44 km olub. Qeyd edək ki, yeraltı təkanlar hiss olunmayıb.