CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu qəsəbədə hər axşam kabus dolaşır

© Sputnik / Fuad HasanovBinəqədi rayonu ərazisində yerləşən Xutor qəsəbəsi
Binəqədi rayonu ərazisində yerləşən Xutor qəsəbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Burada toy olan gün sakinlərin həyatı cəhənnəmə çevrilir

BAKI, 10 okt — Sputnik. Binəqədi rayonu ərazisində yerləşən Xutor qəsəbəsində, demək olar ki, hər gün tıxac problemi yaşanır. Tıxacın yaranmasının ən əsas səbəbi də, qəsəbənin dar küçələrində, addımbaşı bir şadlıq evinin olmasıdır.

Bunu Sputnik-in əməkdaşı ilə söhbət zamanı qəsəbə sakinləri deyiblər. 65 yaşlı Arif Həsənovun dediyinə görə, hər axşam insanların işdən çıxan vaxtında əraziyə iynə atsan, yerə düşməz: "Mənim evim düz küçənin qırağındadır. Yaşlı adamam, səs götürə bilmirəm. Ona görə çox vaxt axşamlar burdan aralanıb sakit yerlərə gedirəm. Amma nə vaxta kimi? Bilmirəm".

Digər qəsəbə sakini Qalib Rəsulov bu küçədə şadlıq evləri tikilməsinə icazə verənləri heç cür başa düşə bilmir: "Özünüz də görürsünüz ki, bura olduqca dar yerdir. İki maşın yan-yana birtəhər keçir. Hətta elə olur ki, keçə də bilmir. Üstəlik gətirib burada şadlıq evləri tikiblər".

"Kim, hansı ağılla bunlara icazə verib? Toya gələn qonaqlar maşınlarını məcbur yol qırağında saxlayırlar. Bilirsiniz ki, toyların başlama vaxtı işdən çıxma vaxtı ilə üst-üstə düşür. Yəqin ki, vəziyyəti təsəvvür edə bilirsiniz", — deyir Q. Rəsulov.

© Sputnik / Fuad HasanovBinəqədi rayonu ərazisində yerləşən Xutor qəsəbəsi
Binəqədi rayonu ərazisində yerləşən Xutor qəsəbəsi - Sputnik Azərbaycan
1/5
Binəqədi rayonu ərazisində yerləşən Xutor qəsəbəsi

2/5

3/5

4/5

5/5

Qeyd edək ki, Xutor qəsəbəsinin mərkəzi küçəsində, bir-biriləri ilə 100 metrlik məsafədə yerləşən "Səma", "Xəzri" və "Yeganə" şadlıq sarayları fəaliyyət göstərir. Bunlardan cəmi birində, "Yeganə" şadlıq evində kiçik də olsa, avtodayanacaq üçün yer ayrılıb.

Lakin müşahidələrimiz göstərdi ki, bu dayanacaq toya gələnlərin parkinq ehtiyaclarını tam qarşılamır. Toy olan günləri (Ki, hər gün toy olur desək, yanılmarıq) bu yolda dayanan maşınların çoxluğundan ərazidə tərpənmək olmur.

Mövzu ilə bağlı şadlıq evlərindən münasibət öyrənməyə çalışsaq da, suallarımıza cavab verən olmayıb.

Xəbər lenti
0