BAKI, 10 okt — Sputnik. Mərkəzi Bank (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. Sputnik AMB-yə istinadən xəbər verir ki, dolların məzənnəsi oktyabrın 8-i ilə müqayisədə 0,2% azalaraq 1,6006 manat təşkil edib. Avro isə manata nisbətən 0,5% möhkəmlənərək 1,7914 manat olub.
Rusiya rublu 0,39% ucuzlaşaraq 0,0257 manat səviyyəsinə enib. Türk lirəsinin məzənnəsi də 0,1% ucuzlaşaraq 0,5252 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9862 manatdır. Beləliklə, funt sterlinq 0,41%-lik ucuzlaşma nümayiş etdirib. Larinin məzənnəsi 0,35% bahalaşaraq 0,6892 manat təşkil edib.