SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Prezidenti venesuelalı həmkarı ilə görüşüb

© Official website of President of Azerbaijan Republicİlham Əliyevin və Venesuela Prezidenti Nikolas Maduronun görüşü olub
İlham Əliyevin və Venesuela Prezidenti Nikolas Maduronun görüşü olub - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət başçıları ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsi üçün səylərin artırılmasının vacibliyini vurğulayıblar

BAKI, 10 okt — Sputnik. Azərbaycan prezidenti İlham Əliyevlə Venesuela Respublikasının prezidenti Nikolas Maduro arasında İstanbulda görüş olub. Sputnik president.az-a istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu bildirilib. Azərbaycanın və Venesuelanın BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyi vurğulanıb, Qoşulmama Hərəkatı çərçivəsində ölkələrimizin əməkdaşlığı qeyd edilib.

İlham Əliyev Rusiya Hökuməti sədrinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - Sputnik Azərbaycan
İlham Əliyev Azərbaycana gələn əcnəbi qonaqlarla görüşüb

Dövlət başçıları ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsi üçün səylərin artırılmasının vacibliyini vurğulayıblar. İqtisadi münasibətlərin genişləndirilməsi üçün çox yaxşı potensialın olduğu bildirilib. Neft istehsalçısı və ixracatçısı olan Azərbaycanın və Venesuelanın OPEC və qeyri-OPEC dövlətləri ilə əlaqələrinin intensivləşdirilməsinin əhəmiyyəti qeyd olunub. Həmçinin müxtəlif sahələrə, o cümlədən energetika sahəsinə qarşılıqlı investisiyalar yatırılması üçün yaxşı imkanların olduğu bildirilib.

© Official website of President of Azerbaijan Republicİlham Əliyevin və Venesuela Prezidenti Nikolas Maduronun görüşü olub
İlham Əliyevin və Venesuela Prezidenti Nikolas Maduronun görüşü olub - Sputnik Azərbaycan
İlham Əliyevin və Venesuela Prezidenti Nikolas Maduronun görüşü olub

Söhbət zamanı turizm sahəsində əlaqələrin genişlənməsində viza rejiminin sadələşdirilməsinin yaxşı imkan yaradacağı diqqətə çatdırılıb. Turizm, mədəniyyət, kənd təsərrüfatı, maliyyə və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə müxtəlif səviyyəli qarşılıqlı səfərlərin gələcəkdə ölkələrimizin münasibətlərinin dərinləşməsi işinə xidmət edəcəyi vurğulanıb. Neftin qiymətinin sabitləşdirilməsinin önəminə toxunularaq, bunun üçün OPEC və qeyri-OPEC dövlətləri arasında qarşılıqlı fəaliyyətin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.

Xəbər lenti
0