Tofiq Abbasov: Gürcüstana inqilabi yox, daha çox təkamül yolu vacibdir
Politoloq Tofiq Abbasov deyir ki, Gürcüstanda parlament seçkilərinin “əsəbi rejimdə” keçməsi onu göstərir ki, ölkə yenə də iki qütbün arasında çox gərgin mübarizə şəraiti yaradır və orada qərbpərəst qüvvələrlə şərqpərəst qüvvələrin amansız mübarizəsi gedir.
“Mixail Saakaşvilinin hakimiyyəti dövründə Gürcüstan Qərbə doğru çox böyük meyl göstərdi. Bu zəmində ölkənin bir çox bəlaları baş verdi: torpaq itkiləri, Cənubi Osetiya ilə mübarizə və Rusiya ilə münasibətlərin korlanması. Beləliklə, Gürcüstan xeyli itkilərlə barışmalı oldu”, — deyə o bildirib.