Eyyub Hüseynov: Mən siqaretin qiymətinin qalxmasını gözləyirəm və bunun da tərəfdarıyam
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə isə, siqaretin qiyməti Azərbaycanda da qalxsa, daha yaxşı olar:
"Mən tərəfdarıyam ki, siqaretlərin qiyməti yüksəlsin. Çünki siqaretlərin qiymətinin yüksəlməsi siqaretin əlçatanlığını azaldacaq. Təsadüfi deyil ki, bu ilin may ayından ölkədə satışı və istehsalı qadağan olunan, biri 40 qəpiyə olan təhlükəli siqaretlər istehsal olunmağa başlayıb. Biz xaricdə ekspertiza keçirmişik və məlum olub ki, bunların tərkibində çox təhlükəli maddələr var. Bu siqaretləri kiçik yaşlı uşaqlar da çəkirlər. Ona görə, mən tərəfdarıyam ki, siqaretlərin qiyməti 50% qalxsın. Təhlükəli malın qiyməti yuxarı olarsa, ona əlçatanlıq azalar və əhali siqaret çəkməkdən imtina edər. Belə bir şəraitdə mən siqaretin qiymətinin qalxmasını gözləyirəm və bunun da tərəfdarıyam".