BAKI, 8 okt-Sputnik. ABŞ-ın Cənubi Carolina əyalətinə yaxınlaşan “Metyu”qasırğası əksəriyyəti Haitidə olmaq üzrə 900-ə yaxın insanın həyatını itirməsinə səbəb olub.
Sputnik “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatına görə Karib adalarında 350 mindən çox adamın köməyə ehtiyacı var.
ABŞ-ın Florida əyalətində indiyədək 6 adamın qasırğa nəticəsində həyatını itirdiyi açıqlanıb.
Qasırğa nəticəsində 1 milyon 100 min insan elektriksiz qalıb.
Ölkənin cənub-şərqində quru və hava yolu nəqliyyatını iflasa uğradan qasırğa 4 min 200-dən çox uçuşun ləğvinə səbəb olub.