Politoloq: Bu, Con Kerriyə yaraşan bəyanat deyil

© Sputnik / Murad OrujovPolitoloq Fikrət Sadıxov
Politoloq Fikrət Sadıxov - Sputnik Azərbaycan
Abunə olmaq
Bu Azərbaycanın maraqlarına zidd və absurd bir bəyanatdır

Fikrət Sadıxov: Aparıcı dövlətlərin siyasətində çox ziddiyətli məqamlar var
ABŞ-ın dövlət katibi Con Kerri Aspen İnstitutu və "Atlantic'' nəşrinin təşkil etdiyi ''2016-cı il Vaşinqton İdeyalar Forumu''nda çıxış edərək beynəlxalq münasibətlər sistemində baş verən proseslər haqda fikirlər səsləndirib. Kerri "dondurulmuş münaqişə''lərə toxunaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri ilə bağlı da mövqe bildirib.

Politoloq Fikrət Sadıxov deyir ki, bu bəyanat Con Kerriyə yaraşmır. “Con Kerri böyük bir dövlətin aparıcı siyasətçisidir. Maraqlı bir bəyanatdır, yəni, ölkə liderləri sülhə hazır deyil. Əgər o, Azərbaycanı nəzərdə tutursa, Azərbaycan bu sülhə çoxdan hazırdır və bu hazırlığı nəinki bəyanatlarla, hətta əməlləri ilə nümayiş etdirir. İş orasındadır ki, Azərbaycanın torpaqları işğal altındadır, Ermənistanın deyil. Dağlıq Qarabağ problemi isə hələ də həll olunmayıb. Bu məsələlər gündəmə çıxmalıdır və Con Kerri bunu çox gözəl başa düşür”, — deyə o bildirib.

Xəbər lenti
0