Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ankarada 2 “canlı bomba” özünü partlatdı

© haberler.comAnkarada terror baş verdiyi məkan
Ankarada terror baş verdiyi məkan - Sputnik Azərbaycan
Abunə olmaq
Ankarada 2 “canlı bomba”nın özünü partlatmasıyla əlaqədar hökumətdən ilk şərh ədliyyə naziri Bozdağdan gəlib.

BAKI, 8 okt-Sputnik. Bu səhər Ankarada iki “canlı bomba” özünü partladıb. 

Sputnik haberler-ə istinadla xəbər verir ki, Haymana yolu ətrafında bomba yüklü avtomobillə hərəkət hazırlığında olan iki terrorist keçirilən əməliyyatda polisin "təslim ol" çağırışı üzərinə özlərini partladıb.

Hadisə ilə əlaqədar hökumətdən ilk açıqlama ədliyyə naziri Bəkir Bozdağdan gəlib. 

Bozdağ açıqlamasında deyib: "Böyük bir fəlakətin qarşısı alındı. Yəqin Ankaraya hücum edəcəklərdi. Bütün izlər PKK-nı göstərir. Ancaq dəqiq məlumatlar gəldikcə ictimaiyyətə məlumat veriləcək. Qorxu, çaxnaşma atmosferi yaratmağa ehtiyac yoxdur. Türkiyə mövqeyi etibarilə çox kritik bir yerdədir. Suriya və İraqda qarşıdurma vəziyyəti yaşanır. Buradan terror doğuran mənbələr var". Özlərini partladan iki terroristin adlarının Mahide Ataş və Harun Arslan olduğu təyin olunub. Bir üçüncü adamın də qaçdığı ehtimalı üzərində dayanılır.

Terroristlər ölü ələ keçirilib. Bölgəyə çoxlu sayda təcili yardım maşınları və təhlükəsizlik əməkdaşları cəlb edilib.


Xəbər lenti
0