BAKI, 6 okt — Sputnik. Mərkəzi Bank (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. Sputnik AMB-yə istinadən xəbər verir ki, dolların məzənnəsi oktyabrın 6-sı səviyyəsində (1,6036 manat) qalıb.
Avro manata nisbətən ucuzlaşaraq 1,7827 manat olub. Rusiya rublu oktyabrın 6-sı ilə müqayisədə 0,39% bahalaşaraq 0,0258 manat səviyyəsinə yüksəlib. Türk lirəsi də bahalaşıb — 0,5256 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9943 manatdır. Yəni, funt 2,22%-lik ucuzlaşma nümayiş etdirib. Gürcü larisinin məzənnəsi isə 0,64% bahalaşaraq 0,6868 manat təşkil edib.