Türkiyədə 166 polis həbs olundu

Abunə olmaq
Nəzarətə götürülən polislər "ByLock" adlı kompüter proqramından istifadə etməkdə şübhəli bilinir

BAKI, 7 okt — Sputnik. Bu gün səhər saatlarında Türkiyənin 35 şəhərində, həmçinin İstanbulun 26 səmtində polis orqanlarında çalışan vəzifəli şəxslərə qarşı əməliyyat keçirilib. Sputnik CNN Türk-ə istinadən xəbər verir ki, nəzarətə götürülən polislər "ByLock" adlı kompüter proqramından istifadə etməkdə şübhəli bilinir.

İstintaq çərçivəsində 166 polis məmuru, o cümlədən 13 rəis, 114 rütbəli əməkdaş və 39 polis işçisi barəsində həbs qərarı verilib. Məlumata görə, "ByLock" əlaqə proqramıdır. Fətullah Gülən şəbəkə üzvlərinə bu proqram vasitəsilə təlimat göndərirmiş.

Xəbər lenti
0