BAKI, 7 okt — Sputnik. Azərbaycan Respublikasının gömrük ərazisinə, gömrük qaydaları pozulmaqla gətirilən xeyli miqdarda müxtəlif markalı siqaretlər aşkar edilib. Sputnik Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətinə istinadən xəbər verir ki, Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə, "VAZ-21013" markalı minik avtomobilində aksiz markasız tütün məmulatının olduğu və satış məqsədilə saxlandığı barədə məlumat daxil olub.
Əməliyyat tədbiri nəticəsində "VAZ-21013" markalı minik avtomobili Masallı şəhərindən Cəlilabad istiqamətində hərəkətdə olarkən saxlanılıb və baxış keçirilib. Baxış zamanı həmin avtomobilin yük yerində cəmi 85.400 ədəd "Manchester", "Golden Gate" və "D&J" markalı siqaretlər aşkar edilib.