Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Qafqazın ən qədim məbədində azərbaycanlılar arzularının həyata keçəcəyinə inanırlar

Abunə olmaq
Azərbaycan ərazisindəki qədim tarixi abidələrdən biri Şəkinin Kiş kəndindəki qədim Alban məbədidir. Вu abidə Qafqazda ən qədim məbəddir və əsası Yerusəlimdən gəlmiş Apostol Yelisey tərəfindən I əsrdə qoyulub.

Bu məbəd nəinki Qafqaz Albaniyasında, eləcə də bütün Qafqazda, təqribən iki min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir.

Məbədin bələdçisi Şərafət Həmidovanın sözlərinə görə, Kiş Alban məbədi eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub. Əhəng daşından tikilən bu abidə həm də Erkən Orta əsrlərdə Qafqazda yaranan ilk günbəzli, zal tipli məbəddir.

Məbədin içərisində və həyətində aparılan qazıntılar zamanı bir sıra maraqlı tapıntılar, o cümlədən abidənin əsrlər boyu mədəni mərkəz olduğunu göstərən keramika qalıqları, qızıl və tunc bəzək əşyaları üzə çıxarılıb. Məbədin həyətində yerləşən sənduqə qəbirdə insanlar üst-üstə dəfn olub.

Xəbər lenti
0