CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Temperatur 28 dərəcəyə yüksələcək

Abunə olmaq
Hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 17-22 dərəcə isti olacaq.

BAKI, 7 okt — Sputnik. Bakıda və Abşeron yarımadasında oktyabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-şərq küləyi əsəcək.

Günəşli hava - Sputnik Azərbaycan
Sabah 25 dərəcəyədək isti gözlənilir

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 23-28, Bakıda gecə 15-17, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 17-22 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə: Oktyabrın 8-9-da Abşeron yarımadasında sabit hava şəraiti müsbət amil olsa da, iqlim normasından bir qədər yüksək temperatur rejimi və dayanıqlı hava meteohəssas insanlarda narahatlıq yarada bilər.

Xəbər lenti
0