BAKI, 7 okt — Sputnik. Birləşmiş Millətlər Təşkilatı bu gün Suriyadakı vəziyyətlə bağlı təcili toplantı keçirəcək. Yığıncaq Bakı vaxtilə saat 17:00-da mətbuata qapalı olacaq.
Sputnik Time-a istinadən xəbər verir ki, təcili toplantı keçirilmə təklifini BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura verib. O, dünya liderlərini Hələbdəki insanlıq dramına diqqət ayırmağa səsləyib. S.Mistura bildirib ki, əgər Bəşər Əsəd rejimi Hələbi bombalamağa davam edərsə, şəhər iki ay ərzində tam xarabalığa çevriləcək.