Vahid Əhmədov: BVF Azərbaycan iqtisadiyyatı haqda fikrini dəyişib
Millət vəkili, Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü Vahid Əhmədov deyir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan iqtisadiyyatı üzrə proqnozunun yaxşılaşdıracağını gözləyirdi. “Anti-böhran strategiyası çərçivəsində dövlət tərəfindən görülən bir sıra tədbirlər artıq öz nəticəsini verir.
Böyük miqdarda meyvə-tərəvəz xaricə, xüsusən də Rusiyaya ixrac olunur. Bununla ölkəyə valyuta axını artır. Cari il ÜDM-un 2,4-2,5% azalması gözlənilir, gələn il isə əksinə 2-2,5% artım proqnozlaşdırılır. Bütün bunlar qeyri-neft sektorunda bəzi müəssisələrin işləməyə başlaması ilə bağlıdır. Prezidentin gördüyü tədbirlər, onun sərəncamları və vətəndaşlarla görüşləri öz bəhrəsini verir”, — deyə o bildirib.