QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Hansı məntiqli variant irəli sürüblər ki, Azərbaycan onunla razılaşmayıb?

© REUTERS / Max RossiГоссекретарь США Джон Керри.
Госсекретарь США Джон Керри. - Sputnik Azərbaycan
Abunə olmaq
Novruz Məmmədov: Con Kerrinin bəyanatı Ermənistanın münaqişənin həllini uzatmasına əsas yaradır.

BAKI, 7 okt-Sputnik. "Dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Təəssüf ki, münaqişə həllini tapmır. Beynəlxalq birlik daxilində gərginlik beynəlxalq hüquqa riayət edilməməsinin nəticəsidir".

Sputnik APA-ya istinadla xəbər verir ki, bu sözləri Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi "Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər" mövzusunda Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə həsr edilmiş beynəlxalq konfransda çıxışında deyib.

Anjey Kasprşik, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi - Sputnik Azərbaycan
QARABAĞ
Kasprşik: Bizim insidentlərin araşdırılması barədə mandatımız yoxdur
Məmmədovun fikrincə, iş o yerə çatıb ki, ABŞ dövlət katibi liderlərin münaqişənin həllinə hazır olmadıqları barədə guya mesaj verir: "ATƏT-in Minsk Qrupunun həmsədrləri indiyə qədər hansı məntiqli variant irəli sürüblər ki, Azərbaycan onunla razılaşmayıb? Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonu niyə azad edilmir? İnsan hüquqlarından, beynəlxalq hüquqdan danışan böyük dövlətlər bir güzgüdə özlərinə baxsınlar. Yüz minlərlə insanın yaşamış olduğu bu 7 rayonun azad edilməsi üçün bu böyük dövlətlər hansı addımlar atıb? Həmsədrlərin ötən illərdə düşünüb tapdığı yeganə yol odur ki, Azərbaycan və Ermənistan özü razılığa gəlsin.

Bu, Azərbaycana ədalətsiz, ikili standartlara əsaslanan münasibətin təzahürüdür. Ermənistan iddia edir ki, Azərbaycan kompromislərə hazır deyil. Ermənistan bunu dedikdə Dağlıq Qarabağın bütövlükdə Ermənistana verilməsini nəzərdə tutur. Con Kerrinin bəyanatı daha çox Ermənistanın bu mövqeyinə bənzəyir. ABŞ-ın müvafiq qurumları Con Kerrinin bəyanatları ilə bağlı müvafiq izahat verməlidir. Ermənistan münaqişənin həllinin uzadılmasına çalışır, belə bəyanatlar da buna əsas yaradır".

Prezident Administrasiyası rəhbərinin müavini bildirib ki, Qarabağ münaqişəsindən danışarkən Xocalı soyqırımını kənara qoymaq olmaz: "Ermənistan olmayan soyqırımını dünyaya guya həqiqətən törədilmiş kimi təqdim etməyə çalışır. Ancaq Xocalı soyqırımı ötən əsrdə törədilmiş son soyqırımıdır. Dünyanın bir çox ölkəsi, o cümlədən ABŞ-ın bir sıra ştatı Xocalı soyqırımını tanıyıb".

Xəbər lenti
0