Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan nümayəndə heyəti ABŞ-a gedib

© AZƏRTACMaliyyə naziri Samir Şərifov, Министр Финансов Самир Шарифов
Maliyyə naziri Samir Şərifov, Министр Финансов Самир Шарифов - Sputnik Azərbaycan
Abunə olmaq
Vaşinqtonda Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun illik toplantısı keçiriləcək

BAKI, 6 okt — Sputnik. 6-9 oktyabr 2016-cı il tarixlərində ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun illik toplantısı keçiriləcək. Toplantıda Azərbaycan Respublikasını maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə məlumat verilib. BVF və Dünya Bankına üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak edəcəyi illik toplantı günlərində dünya iqtisadiyyatının cari vəziyyəti və gələcək inkişafın əsas istiqamətləri, yoxsulluğun aradan qaldırılması və maliyyə yardımının səmərəliliyi, o cümlədən qlobal iqtisadiyyat qarşısında olan çağırışlarla bağlı müzakirələr aparılacaq.

Xəbər lenti
0