BAKI, 6 okt — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) yük maşınının sürücüsü peşəsi üzrə işə qəbul elan edir. QSC-nin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, işə qəbul tələbləri aşağıdakılardır:
• Cinsi: kişi
• Hərbi mükəlləfiyyətli
• Sürücülük kategoriyasl: CDE
• Müvafiq peşə üzrə iş stajı: minimum 5 il
• Qeydiyyat: Bakı şəhəri
Qeyd edək ki, işə qəbul olmaq istəyənlər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar.
Anket doldurularkən "İşləmək istədiyiniz işin adı" xanasına "yük maşınının sürücüsü" peşəsinin qeyd edilməsi zəruridir.
Müraciət üçün son tarix: 12.10.2016-cı il.