CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabahın hava proqnozu açıqlandı

© Sputnik / Murad OrujovTutqun hava
Tutqun hava - Sputnik Azərbaycan
Abunə olmaq
Gecə 15-18, gündüz 21-26, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.

BAKI, 6 okt — Sputnik. Bakıda və Abşeron yarımadasında oktyabrın 07-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 21-26, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 07-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 22-27, dağlarda gecə 7-12, gündüz 17-22 dərəcə isti olacaq.

Xəbər lenti
0