BAKI, 6 okt — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtda təhlükəli vəziyyətlə bağlı məlumat daxil olub. Sputnik nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda yerləşən mənzillərdən birində termometr sınıb, nəticədə daxilindəki civə ətrafa dağılıb.
Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının Radiasiya və Kimya laboratoriyasının kimyaçı mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib.