Əmək haqlarını ala bilməyən futbolçular üsyana qalxdılar

© WikipediaZimbabvenin "Xvanqe" klubunun futbolçuları əmək haqlarına görə yaranan borca görə tətil elan ediblər
Zimbabvenin Xvanqe klubunun futbolçuları əmək haqlarına görə yaranan borca görə tətil elan ediblər - Sputnik Azərbaycan
Abunə olmaq
Aksiyanı Futbol İttifaqı da dəstəkləyib və hazırda vəziyyətin dinc yolla həllinə çalışır

BAKI, 5 okt — Sputnik. Zimbabvenin "Xvanqe" klubunun futbolçuları əmək haqlarına görə yaranan borca görə tətil elan ediblər. Sputnik Peşəkar Futbolçular Assosiasiyaları Beynəlxalq Federasiyasının (FİFPro) rəsmi saytına istinadən xəbər verir ki, hazırda idmançıların tətili davam edir.

Belə ki, futbolçular, əmək haqlarının ödənilməsi ilə bağlı bütün əvvəlki tələblərə baxmayaraq, klub rəhbərliyinin maaşları vermədiyi üçün ayağa qalxıblar. Aksiyanı Zimbabve Futbol İttifaqı da dəstəkləyib və hazırda vəziyyətin dinc yolla həllinə çalışır. Lakin klub rəhbərliyi rəsmi təşkilatın da sorğularına məhəl qoymur.

Qeyd olunur ki, komandanın futbolçuları iki ildir, əmək haqlarını gözləyirlər. Klubun iki il ərzində (2015 və 2016) hər futbolçuya 2750 dollar borcu yaranıb.

Xəbər lenti
0